суббота, 5 ноября 2011 г.

УРЕЗСРЕДНЕЕ


Qohum funksiyalar:

Sintaksis:
    УРЕЗСРЕДНЕЕ(массив;доля)
Nəticə:
    Ekstremal qiymətli verilənlərin göstərilən faizini atmaqla alınmış kəsilmiş çoxluğun orta hesabi qiymətini hesablayır. Nəticədə göstərilmiş faizli tullanmış verilənlər analizdə iştirak etmirlər.
Arqumentlər:

  •     массив: qiymətləri ortalaşdırılan massiv;
  •     доля: hesablamadan çıxarılmış verilənlərin hissəsi. Məsələn, əgər hissə 0,2-yə bərabərdirsə, onda 40 veriləndən ibarət çoxluqdan 8 verilən atılır (40 • 0,2), 4 ən böyük qiymət və 4 ən kiçik qiymət.

Qeydlər:

  •      доля < 0 və ya доля > 1 olduqda УРЕЗСРЕДНЕЕ funksiyası #ЧИСЛО! səhvini qaytarır;
  •      УРЕЗСРЕДНЕЕ funksiyası atılacaq verilənlərin sayını aşağıdan ən yaxın cüt ədədə qədər yuvarlaqlaşdırır. Məsələn, əgər доля = 0,1 – dirsə, onda 30 verilənin 10 % -i 3-ə bərabərdir, lakin УРЕЗСРЕДНЕЕ funksiyasından istifadə etdikdə simmetriklik xatirinə verilənlər çoxluğunun əvvəlindən və sonundan bir qiymət atılır.

Riyazi-statistik interpretasiya:
                   СРЗНАЧ funksiyasının təsvirinə bax.
    УРЕЗСРЕДНЕЕ funksiyası orta hesabi qiyməti kiçildilmiş variasiya amplitudunda hesablanır (variasiya amplitudu əlamətin ən böyük və ən kiçik qiymətləri arasındakı fərqə deyilir).
    Variasiya amplitudu variasiya edən əlamətin qiymətlərinin dayanıqlığı barədə mühakimə yürütməyə imkan verir. Variasiya amplitudunun mühüm çatışmazlığı ondan ibarətdir ki, əlamətin əsas qiymətlər kütləsi ilə müqayisədə çox böyük və ya çöx kiçik qiymətlərinin olması son dərəcə təsadüfi səbəblərlə əlaqədar ola bilər (yəni, bu qiymətlər  anomal, başqa sözlə, tullamalar ola bilər). Belə hallarda tullamalar statistik qiymətləndirməni əhəmiyyətli dərəcədə təhrif edə bilər. Ona görə də verilənləri işləməzdən qabaq külliyyatı tullamalardan təmizləmək lazımdır.


Diqqət!
“Şübhəli” elementləri külliyyatdan çox ehtiyatla tullamaq lazımdır. “Şübhəli” elementlərin əsaslandırılmamış qaydada çıxarılıb atılması statistik qiymətləndirməni əhəmiyyətli dərəcədə korlaya bilər. Bununla əlaqədar olaraq, “şübhəli” elementin bu baş külliyyata aid olduğunu və ya anomal olduğunu müəyyənləşdirmək zərurəti əmələ gəlir. Kənar qiymətləndirmələrin (tullamaların) çıxarılıb atılması kollektiv qiymətləndirmə metodlarında, məsələn, “Delfi” metodunda, geniş istifadə olunur. Belə ki, ekspertlər qrupunun qiymətləndirmələri nəzərdən keçirilərkən digər qiymətləndirmələrdən həddindən artıq fərqlənən qiymətləndirmə sonrakı mühakimələrdən çıxarıla bilər (baxmayaraq ki, həmin qiymətləndirmə digərlərindən daha düzgün ola bilər). Lakin, “Delfi” metodunun müəllifləri 
T. Qordon və O. Helmerin fikrincə bu cür meyllər aşağıdakı kimi kompensasiya oluna bilər. Əksəriyyətlə razı olmayan ekspertdən xahiş olunur ki, öz narazılığının səbəblərini göstərsin. Bütün ekspertlər onun dəlilləri ilə tanış olmaq imkanı əldə edirlər. Onlar bu dəlilləri qəbul və ya təkzib edə, öz mülahizələrini dyişdirə və yaxud israrlaya bilərlər. Yəni, digərlərindən çox uzaq olan qiymətləndirmələr yalnız o zaman atılır ki, ekspert onu kifayət qədər inaandırıcı surətdə əsaslandıra  bilməsin.


Misal
Müxtəlif avtomobillərin yolun müəyyən hissəsində aşağıdakı sürətləri verilmişdir: 38,7; 45,6; 53,6; 52,7; 50,3; 49,6; 48,7; 51,2; 46,7; 47,6; 48,1; 50,1; 49,2; 43,6; 50,1 (km/saat). 20% ekstremal qiymətləri atmaqla avtomobillərin orta sürətini hesablamalı.

Həlli
Cəmi 15 avtomobilin sürəti verildiyi üçün bunun 20%-i 3-ə bərabər olur. 3 tək ədəddir, onu aşmayan ən yaxın cüt ədədə qədər yuvarlaqlaşdırmaq lazımdır. Deməli, hesablamadan 2 qiymət  atılmalıdır. Bunlar da ilkin verilənlər sırasında ən böyük (53,6) və ən kiçik (38,7) olmalıdır. Bu qiymətləri atmaqla orta qiyməti hesablayaq:

 
İndi də məsələni УРЕЗСРЕДНЕЕ funksiyasının köməyilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
1
38,7
45,6
53,6
52,7
50,3
49,6
48,7
51,2
46,7
47,6
48,1
50,1
49,2
43,6
50,1

2.    Nəticənin yazılacağı oyuğu seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından УРЕЗСРЕДНЕЕ funksiyasını seçək. Bu zaman УРЕЗСРЕДНЕЕ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Массив sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (A1:O1) mausla seçək.

    5. Доля sahəsinə verilənlərdən atılacaq hissəni       
       göstərən 0,2 (20%) ədədini daxil edək. OK düyməsini 
       basdıqdan sonra $A$3 oyuğunda hesablamanın   
       nəticəsi olan 48,7 qiyməti əmələ gələcəkdir.